Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Prezidenti: "Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk"

Baxış: 128


Azərbaycan Prezidenti: Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk
“Biz bir çox hallarda paralel kursla hərəkət edirik və Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk”.
"Sahibkartv.az" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda Beynəlxalq Maliyyə Mərkəzində bu ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə deyib.
Orta Dəhlizlə bağlı müzakirələrin aparıldığını qeyd edən dövlət başçısı bildirib ki, bu dəhliz təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti Qazaxıstan ilə birgə istehsalatların yaradılması və investisiya layihələrinin reallaşdırılması üçün nümayəndə heyətlərinin səfərlərinin önəmini qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.