Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kasım-Jomart Tokayev: “Azərbaycanla ticarət dövriyyəmiz 1 milyard dollara çatdırıla bilər”

Baxış: 208

“Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsinin dəyərini 1 milyard ABŞ dollarına çatdırmaq üçün ciddi potensiala malikdirlər”.

“Sahibkartv.az” “Sputnik-Qazaxıstan”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə keçirilən danışıqlar zamanı bildirib. 
“Ötən il ticarət dövriyyəsinin dəyəri 40 % artaraq yarım milyard dollara çatıb. Hesab edirəm ki, bu, mühüm nəticədir. Əminəm ki, iqtisadi potensialımız tam açıldıqca biz bu rəqəmi 1 milyard dollara çatdıra biləcəyik. Bunun üçün energetika, nəqliyyat, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var”, - deyə o qeyd edib. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.