Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Bakı Fond Birjası"nın dövriyyəsi 35 % azalıb

Baxış: 224


Bakı Fond Birjasının dövriyyəsi 35 % azalıb
Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 milyard 292,563 milyon manat təşkil edib.
“Sahibkartv.az” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 35,4 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5,4 % azalaraq 2 681 olub.
BFB-nin dövriyyəsinin 31,7 %-i və yaxud 1 milyard 44,899 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 61,8 % və yaxud 2,6 dəfə azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 29,6 % artaraq 290,782 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 8,5 % azalaraq 1 milyard 956,882 milyon manat olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.