Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi çərçivəsində həyata keçirilən "Azəri Mərkəzi Şərqi" layihəsinə (ACE) indiyə qədər 2,9 milyard ABŞ dolları vəsait ayrılıb.
"Sahibkartv.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında layihənin mexaniki təhvil üzrə rəhbəri Şükür Sadıxov bildirib.
"Layihənin ümumi dəyəri isə 6 milyard dollardır. Layihə çərçivəsində işin 85 %-i tamamlanıb və heç bir xəsarətə yol vermədən 25 milyon saat iş görülüb. Burada ilk neftin hasilatı 2024-cü ilin I rübünə nəzərdə tutulur", - deyə o qeyd edib.
Xatırladaq ki, aprelin 4-də Prezident İlham Əliyev artıq tikintisi başa çatmış ACE platformasının üst modullar qurğusunu gəzərək 2023-cü ilin II rübündə dənizə öz daimi yerinə yola salınacaq bu obyektin rəsmi açılışını edib. ACE platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 600 tondur.
Üst modullar; Bayılda yerləşən tikinti-quraşdırma sahəsində “Azfen” şirkəti yerli infrastruktur və resurslardan istifadə etməklə inşa edib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqlar 95 % tamamlanıb.
Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4 400 nəfərə qədər işçi cəlb edilib və onların 90 %-dən çoxu Azərbaycan vətəndaşı olub. Sahədə əməyin təhlükəsizliyi üzrə göstəricilər yüksək səviyyədədir – üst modulları inşa edən işçi heyəti bu yaxınlarda heç bir xəsarətə yol vermədən 20 milyon iş saatı icra edilməsini qeyd edib.
ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelə qədər hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelə qədər neft hasil olunacağı proqnozlaşdırılır.
ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard ABŞ dolları investisiya qoyulub.
ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulacaq.
Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və “Şərqi Azəri” platformaları arasında suvurma üçün boru xətti də olacaq. ACE platforması Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib və Səngəçal terminalında yeni ACE idarəetmə mərkəzi inşa edilib. ACE AÇG platformaları arasında uzaq məsafədən idarə olunan ilk platforma olacaq. BP şirkəti bildirir ki, terminalda idarəetmə mərkəzi artıq tam hazırdır və işlək vəziyyətə gətirilib ki, sınaq işləri aparılsın.
Ümumi layihənin tikinti işləri 2019-cu ilin sonlarında başlanıb və yerli resurslardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbaycanda tikinti işlərinə 8 500 nəfərdən çox işçi cəlb edilib.
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
"Azəri Mərkəzi Şərqi" layihəsinə 3 milyard dollara yaxın pul ayrılıb

Bölməyə aid digər xəbərlər

Tarix: 10-04-2023, 13:07 Oxunub: 164
Bölməyə aid digər xəbərlər
28-03-2023, 14:27
"Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq bloku suya buraxılıb
16-03-2023, 11:46
"Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq bloku “STB-1” barjı ilə dənizə göndərilib
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
3-01-2023, 14:44
Azərbaycanın energetika sektoruna 2022-ci ilin verdiyi töhfə
27-12-2022, 19:08
Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra infrastruktur obyektlərinin inşası tamamlanıb - YENİLƏNİB
19-09-2022, 19:00
Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür
16-03-2022, 10:15
Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
17-01-2022, 21:20
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu “Axens” şirkəti ilə müqavilə imzalayıb - FOTO
28-11-2021, 11:16
İran Xəzər dənizindəki yataqları niyə istifadə etmir? - TƏHLİL
18-10-2021, 12:10
Füzulinin Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməli qoyuldu - FOTO
10-10-2021, 13:01
İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub - FOTO
22-09-2021, 16:01
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi Şuşada - FOTO/VİDEO
18-08-2021, 12:00
Abşeron yarımadasının dayazsulu hissəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb - FOTO
6-08-2021, 12:54
6 milyard dollarlıq layihə: “Azəri-Mərkəzi Şərqi” ilə bağlı bir sıra işlərə yekun vurulub - FOTO
28-04-2021, 11:27
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə toplanan vergilərdə rekord
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək