Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BVF qlobal iqtisadiyyatın artımının 3%-dən aşağı olacağını proqnozlaşdırır

Baxış: 216


Fondun rəhbəri Kristalina Georgiyeva qeyd edib ki, “2023-cü ildə qlobal iqtisadiyyatın artımının yarısı Hindistan və Çinin payına düşəcək”.

BVF qlobal iqtisadiyyatın artımının 3%-dən aşağı olacağını proqnozlaşdırır 


Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri qlobal iqtisadi artımın 2022-ci ildəki 3,4%-dən bu il 3%-dən aşağı düşəcəyini proqnozlaşdırırlar.
Sahibkartv.az xəbər  verir ki, bunu cümə axşamı BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva Vaşinqtonda keçirilən konfransda deyib.
"İcazə verin, iqtisadi vəziyyətin qiymətləndirilməsi ilə başlayım. 2021-ci ildə güclü bərpadan sonra Rusiyanın Ukraynadakı müharibəsi və onun geniş miqyaslı nəticələri ilə bağlı çətin bir şok dövrü baş verdi - 2022-ci ildə qlobal artım tempi təxminən yarıbayarı azalıb  - 6,1%-dən 3,4%-ə qədər "Yavaşlama bu il də davam edir. Təəccüblü dərəcədə dayanıqlı əmək bazarlarına, əksər inkişaf etmiş ölkələrdə istehlak xərclərinə və Çinin dirçəlişindən qaynaqlanan bərpaya baxmayaraq, biz qlobal iqtisadiyyatın 2023-cü ildə 3%-dən aşağı artacağını gözləyirik",- Kristalina Georgiyeva bildirib.
Fondun rəhbəri əlavə edib ki, "2023-cü ildə qlobal iqtisadiyyatın artımının yarısı Hindistan və Çinin payına düşəcək".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.