Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Naxçıvanda qeydiyyata alınan daşınmaz əmlakların sayı 29 % artıb

Baxış: 259

Naxçıvanda qeydiyyata alınan daşınmaz əmlakların sayı 29 % artıb
Naxçıvanda qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 29 % artıb
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən "Sahibkartv.az"ın yerli bürosuna verilən məlumata görə, 2023-cü ilin yanvar-mart ayları ərzində Naxçıvan şəhəri üzrə 974, Şərur rayonu üzrə 381, Babək rayonu üzrə 326, Ordubad rayonu üzrə 104, Culfa rayonu üzrə 201, Şahbuz rayonu üzrə 171, Kəngərli rayonu üzrə 86, Sədərək rayonu üzrə 33 olmaqla, ümumilikdə 2 276 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb. Nəticədə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 29 % artıb.
Qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin 757-si torpaq sahəsi, 65-i qeyri-yaşayış binası, 89-u qeyri-yaşayış sahəsi, 417-si mənzil, 919-u fərdi yaşayış evi, 1-i çoxmərtəbəli yaşayış binası, 28-i əmlak kompleksi olub.
Hesabat dövründə daxil olmuş müraciətlər əsasında 808 əmlaka dair texniki pasport, 959 torpaq sahəsinə dair plan-ölçü olmaqla, ümumilikdə 1 767 texniki sənəd tərtib edilib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42 % çox olub.
Hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair 1 332 arayış verilib, elektron informasiya sistemi vasitəsilə 599 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat isə notariat ofislərinə təqdim olunub.
Üç ay ərzində 15 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.