Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda vergi daxilolmaları 75 % artıb

Baxış: 278



Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxiolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 %artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.
"Sahibkartv.az" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Tviter" hesabında bildirib.
Onun sözlərinə görə, rüblük vergi daxilolmalarının 2 milyard 618 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 16,4 %çoxdur.
"Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir", - deyə nazir qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.