Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kairat Torebayev: “Orta Dəhlizə tələbat artacaq”

Baxış: 206
x


“Orta Dəhlizin inkişaf perspektivləri çox yüksəkdir”.
Bunu “Sahibkartv.az”a müsahibəsində Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev deyib.
Onun sözlərinə görə, Orta Dəhliz Qazaxıstan və Azərbaycan üçün vacibdir: “Hesab edirəm ki, bu marşrutun inkişafı üçün birgə səy göstərmək lazımdır. Biz son dövrlərdə ciddi artım müşahidə edirik. Məsələn, keçən il Orta Dəhliz üzrə konteyner daşımaları 33 % artıb. Konteynerləşmə dəhlizdən istifadəni dəfələrlə artırardı. İndi infrastrukturla bağlı müəyyən çətinliklərlə üzləşmişik, haradasa qanunvericilik normaları ilə bağlı problemlər var, haradasa tariflərin müəyyənləşdirilməsi məsələsində ortaq məxrəcə gələ bilmirik. Bu məsələləri həll etdikdə Orta Dəhlizin potensialı dəfələrlə artacaq.
Hesab edirəm ki, bu dəhlizin inkişaf perspektivləri çox böyükdür və biz bu marşrutun inkişafı üçün birgə səylər göstərməliyik. Orta Dəhlizə tələbat artacaq”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.