Azərbaycan yeni avtomobillərin qiymətlərində yaya qədər artım gözlənilməsə də, təkrar bazarda mayın ortasından sonra 3-5 % civarında bahalaşma gözlənilir.
Bunu "Sahibkartv.az"a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.
"Yaşı 10 ildən çox minik avtomobillərinin ölkəyə gətirilməsinin məhdudlaşdırılması barədə qərar gələn aydan qüvvəyə minəcək. Bundan sonra 2-ci əl avtomobil bazarında qiymətlər yenilənəcək. Məsələn, 1998-ci ilin “Mercedes C class” modelinin qiyməti qərardan öncə təqribən 10 min manat idisə, artıq 12 min manat olacaq və yaxud 2012-ci ilin “Kia Rio” modelinin qiyməti 13 min manat idisə, artıq 15 min manat olacaq. Yəni, həmin avtomobillər ölkəmizə gətirilmədiyinə görə alverçilər əllərində nə varsa, onu satacaqlar və qiymətləri qaldıracaqlar. Amma yeni avtomobilləri kreditlə almaq üçün ilkin ödəniş azaldılsa, belə süni qiymət artımlarının qarşısı alınacaq", - deyə o qeyd edib.
Ekspert mart ayında bazardakı vəziyyətə də toxunub və fevral ayına nisbətən aktivliyin artığını bildirib: "Hər il bu mövsümdə bazarda canlanma olur. Bu fəallığın digər səbəbi hibrid və elektromobillərin idxalına güzəştlərin tətbiq edilməsidir. Rəsmi distribütorların satdığı 1-ci əl hibrid və elektromobillərlə yanaşı vətəndaşlar özləri də xaricdən 3 ildən az işlənmiş bu tip avtomobillər gətirir. Paralel olaraq Avropa ölkələrində benzin və dizel mühərrikli nəqliyyat vasitələrinə olan qadağalarla bağlı həmin ölkələrdə 2-ci əl avtomobillər ucuzlaşıb. Bu da bizim yerli sahibkarlar üçün həmin avtomobilləri daha cəlbedici edir".
Onun sözlərinə görə, fevral ayında olduğu kimi mart ayında da ölkədə əsas tələbat kiçik mühərrikli avtomobillərə olub: "İri mühərrikli 2-ci əl avtomobillərə maraq çox deyil. Odur ki, bu avtomobillərin fevral ayında yaşanan ucuzlaşması martda da davam edib. Ümumilikdə isə ötən ay avtomobil bazarında qiymətlər stabil qalıb. Novruz bayramı tətillərindən sonra qiymətlərin azacıq dəyişəcəyini gözləyirdik, amma belə olmadı. İlin əvvəlində mühərrikinin həcmi 3 min kubsantimetr və daha yuxarı olan 2-ci əl avtomobillərin qiyməti enmişdi. Həmin qiymətlər olduğu kimi qalır".
"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev də ötən ay əvvəlki aya nisbətən avtomobil bazarında canlanma yaşandığını deyib: "Yeni avtomobil bazarında bu canlanma əsasən salonlara giriş-çıxış sayının artması ilə müşahidə olunub. Amma alıcılıq qabiliyyəti elə də yüksək deyil. Yeni avtomobil satan bəzi salonlar endirim kampaniyaları keçirir, bəziləri isə qiymətlərdə əlavə xidmətləri də nəzərə alırlar. Məsələn, bir illik servis xidməti. Yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması barədə qərardan sonra avtomobil alqı-satqısı saytlarında belə bəzi avtomobillərin qiymətlərinin artırılmasını, köhnə elanların çıxarılmasını görürük. Məsələn, qərardan əvvəl 2010-cu ilin "Hyundai Accent" modelinin qiyməti elan saytında 10 min manat idisə, indi bu qiymət dəyişdirilib. Amma ümumi götürsək, ötən ay bazarda ciddi qiymət dəyişikliyi olmayıb. Lakin aprelin sonlarından, mayın əvvəllərindən 2-ci əl avtomobillərin bahalaşmasını görəcəyik. Hələ ki, köhnə avtomobil satmaq istəyənlər gözləmə mövqeyindədir. Yeni avtomobillərin isə bahalaşması gözlənilmir".
E.Əliyev birinci əl avtomobil bazarında əsas tələbatın büdcə avtomobillərinə olduğunu da deyib: "Amma büdcə avtomobilləri üçün seçim çox məhduddur. Bazarda satılmayan avtomobillər də var. İkinci əl avtomobil bazarında satılmayanlar adətən ili köhnə və mühərrik həcmi böyük olan avtomobillərdir. Məsələn, 2004-2007-ci illərin 4 400 kub santimetr mühərrik həcmli "Range Rover Vogue", 2005-2008-ci illərin "Land Cruiser" modellərinin satışında ləngimələr var. Yeni avtomobillər arasında digər əsas tələbat isə kiçik ölçülü, qiyməti 35-40 min manat olan krossoverlərədir. Bunlara tələbat yenə də olacaq. Çünki bizim bazarda hündür maşınları xoşlayırlar. Əsasən də Çindən gətirilən krossoverlərə tələbat var. Ümid edirəm ki, yaxın vaxtlarda Azərbaycanda hibrid və elektromobillər kimi benzin və dizel mühərrikli avtomobillərin də alqı-satqısı üçün kredit şərtləri sadələşdirilər. Belə olarsa, artıq köhnə avtomobillərə tələbat olmayacaq".
"Kənd Təsərrüfatı Startapları" Qida Təchizatını İnqilab Etməyə Hazırdır
21:46 / 27-01-2025
Kriptovalyuta Sahibkarlığı Gələcək İqtisadiyyatını Formalaşdırır
21:30 / 27-01-2025
Sahibkarlıqda Yeni Sərhəd Açılır
21:24 / 27-01-2025
Şəbəkələşmə ilə Sahibkarlıq: Virtual İqtisadiyyat Yüksəlişi
20:42 / 27-01-2025
Rəqəmsal Səhiyyə Sahibkarlığı Yeni Çözümlər Təklif Edir
20:30 / 27-01-2025
Beynəlxalq "Yaşıl İnkişaf Fondu" Sahibkarlar Üçün Yeni İmkanlar Yaradıb
20:19 / 27-01-2025
Davamlı Moda Sahibkarlığı: Gələcəyin Biznesi
20:00 / 27-01-2025
Süni İntellekt Təhsil Sistemində İnqilab Yaradır
19:45 / 27-01-2025
Kimlərin maaşı artırıldı? - Tam SİYAHI
19:41 / 27-01-2025
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişib
19:32 / 27-01-2025
Qlobal Sahibkarlar Şəbəkəsi: Kiçik Bizneslərin Gücləndirilməsi və İnnovasiya
19:30 / 27-01-2025
DTX-nin hərbi qulluqçularının maaşları artırılıb
19:28 / 27-01-2025
Prezident Məmməd Musayevlə bağlı sərəncam imzaladı
19:23 / 27-01-2025
PTX-nin hərbi qulluqçularının maaşları artırılıb
19:19 / 27-01-2025
Avtonom Maşınlar İstixana Təsərrüfatlarını İnkişaf Etdirir
19:18 / 27-01-2025
Dövlət Agentliyinin hərbi qulluqçularının maaşları artırılıb
19:13 / 27-01-2025
Qlobal Elektrikli Avtomobil Bazarında İnnovasiyalar
18:51 / 27-01-2025
Yeni Bioenerji Texnologiyaları: Karbon Neytrallığına Aparan Yol
18:30 / 27-01-2025
"Sağlamlıq Turizmi" Qlobal Sənayeyə Çevrilir
18:21 / 27-01-2025
Rəqəmsal Kənd Təsərrüfatı Platformaları Fermerləri Gücləndirir
17:42 / 27-01-2025
Startaplar İqlim Dəyişikliyinə Qarşı Mübarizədə Liderlik Edir
17:16 / 27-01-2025
Rəqəmsal Sağlamlıq Platformaları: Xəstə Baxımında Yeni Dövr
16:41 / 27-01-2025
Rəqəmsal İqtisadiyyatın Yeni Məkanı: NFT Sahəsində Sahibkarlığın Gələcəyi
16:28 / 27-01-2025
Qərbin Ankara planı: Paşinyan gedəcək və... - Zakaryan
16:00 / 27-01-2025
Kənd Təsərrüfatında Dron Texnologiyalarının İnkişafı
15:42 / 27-01-2025
"Qarabağ"ın Yunanıstana səfər proqramı bəlli olub
15:30 / 27-01-2025
“Rəqəmsal Ofislər” Konsepti İş Dünyasını Dəyişir
15:00 / 27-01-2025
Azərbaycan Prezidenti İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul edib
14:55 / 27-01-2025
Azərbaycanda silahla məscidə girib insanları hədələdi, həbs edildi
14:49 / 27-01-2025
Azərbaycanda bu İnstitut LƏĞV EDİLDİ
14:32 / 27-01-2025
Prezident Qvineyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:05 / 27-01-2025
Ekspertlər: "Gələn ay Azərbaycanda ikinci əl avtomobillər bahalaşa bilər"
Bölməyə aid digər xəbərlər
Tarix: 5-04-2023, 11:14 Oxunub: 169
Bölməyə aid digər xəbərlər
11-10-2022, 16:54
Bakının daşınmaz əmlak bazarı yeni geosiyasi vəziyyətdə necə dəyişib?
22-07-2022, 15:11
GORANBOYDA MİLLİ MƏTBUAT GÜNÜ QEYD OLUNDU - FOTOLAR
9-06-2022, 14:20
Ötən ay Azərbaycanın avtomobil bazarında qiymətlər stabil qalıb
13-05-2022, 17:31
Azərbaycanda illik inflyasiya 12,4 % olub
13-05-2022, 13:59
Azərbaycanda inflyasiya açıqlandı - ƏRZAQLAR 18 FAİZDƏN ÇOX BAHALAŞIB
11-03-2022, 15:26
Azərbaycanda inflyasiya açıqlandı: Ərzaq 17 faizdən çox bahalaşıb - FOTO
11-03-2022, 11:33
Azərbaycanda inflyasiya açıqlandı - ərzaq 17 faizdən çox bahalaşıb
11-02-2022, 16:16
Azərbaycanda böyük bahalaşma- İNFLYASİYA DAHA DA YÜKSƏLİB
9-02-2022, 11:51
Azərbaycanın avtomobil bazarında qiymət artımı davam edir
23-12-2021, 10:50
Leyla Əliyeva sərgidə iştirak edib - FOTO
12-11-2021, 14:16
Azərbaycanda inflyasiya açıqlandı - ƏRZAQDA BAHALAŞMA 13 FAİZİ AŞIB
10-11-2021, 15:56
Avtomobil bazarında dəyişikliklər olacaq: Qiymətlərdə balanslaşdırma aparılır - FOTO
2-11-2021, 09:31
Azərbaycanda ikinci əl avtomobillərin qiyməti ARTDI
10-10-2021, 13:01
İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub - FOTO
8-10-2021, 18:29
“Hərə bir qəhrəman oldu” layihəsinin təqdimatı keçirildi – FOTO
25-09-2021, 21:25
Dünya bazarında neft qiymətlərinin artmasının hansı riskləri var?
22-09-2021, 16:01
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi Şuşada - FOTO/VİDEO
11-09-2021, 09:08
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
7-09-2021, 12:40
Ölkədə bahalaşmaya səbəb nədir?
1-07-2021, 13:37
Azərbaycan könüllüləri arasında “Nizami Kvest” intellektual komanda oyunu keçirilib - FOTO