Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyənin Azərbaycana ixracı 18 % artıb

Baxış: 263


Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 570,778 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib.
“Sahibkartv.az” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % çoxdur.
Təkcə mart ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 205,768 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 15,4 % çoxdur.
Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 1,1 % azalaraq 54,317 milyard ABŞ dollarına enib. 3 ay ərzində Türkiyədən ən çox ixrac 4 milyard 877 milyon ABŞ dolları olmaqla Almaniyaya (il ərzində 0,4 % artıb), 2 milyard 965 milyon ABŞ dolları olmaqla ABŞ-a (13,6 % azalıb) və 2 milyard 904 milyon dolları olmaqla İtaliyaya (5 % azalıb) həyata keçirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.