Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlər üçün təlimlər keçiriləcək

Baxış: 240


Aqrar Sığorta Fondu tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlər keçiriləcək.
Bu barədə "Sahibkartv.az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu prosesi aprelin 3-dən mayın 3-dək davam edəcək. Bu ilin may ayının 10-dan etibarən isə təlimlərə start veriləcək.
Təlimlər kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası, kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası və akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert olmaq istəyən şəxslərin Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur.
Təlimlərin müddəti kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün 104 saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert-namizədlər üçün 40 saat, akvakultura məhsulları üzrə ekspert-namizədlər üçün isə 20 saat təşkil edəcək.
Təlimi müvəffəqiyyətlə başa vurmayan şəxslər aqrar sığorta fəaliyyəti üzrə müstəqil eskpert imtahanlarına buraxılmayacaq. Təlimlərdə iştirak etmək istəyənlər əlavə məlumat almaq üçün 1651 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.