Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"OPEC+" ölkələri hasilatı gündəlik 1,66 milyon barel azaldacaq

Baxış: 227

Bəzi "OPEC+" ölkələri könüllü olaraq may ayından etibarən neft hasilatını gündəlik 1,66 milyon barel azaltmaqla bağlı qərar qəbul edib.

“Sahibkartv.az” TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın monitorinq komitəsinin iclasının yekunları üzrə OPEC-in saytında dərc olunmuş kommünikedə deyilir.
Bildirilib ki, bu ixtisar 2022-ci ilin noyabr ayından qüvvəyə minən gündəlik 2 milyon barel hasilatın azaldılmasına əlavə olaraq ehtiyat tədbiridir.
Sənəddə həmçinin qeyd olunub ki, "OPEC+"ın monitorinq komitəsi 2022-ci ilin oktyabrında Vyanada keçirilmiş görüşdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.
"OPEC+" nazirlərinin növbəti monitorinq iclası iyunun 4-nə təyin edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.