Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Fitch” Azərbaycanın dövlət büdcəsinin profisitini ÜDM-in 4,8 %-i səviyyəsində proqnozlaşdırır

Baxış: 296


“Fitch” Azərbaycanın dövlət büdcəsinin profisitini ÜDM-in 4,8 %-i səviyyəsində proqnozlaşdırır
Azərbaycanın dövlət büdcəsinin profisiti 2022-ci ildəki ÜDM-in 6 %-i səviyyəsindən 2023-cü ildə 4,8 %-ə düşəcək.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda deyilir.
Agentlik bu göstəricinin 2024-cü ildə ÜDM-in 4,2 %-i səviyyəsinə düşəcəyini gözləyir.
"Büdcə gəlirlərinin 27 % artması sayəsində 2022-ci ildə dövlət büdcəsinin profisiti 2 faiz bəndi artaraq ÜDM-in 6 %-nə (2020-ci ildəki 6,5 %-lik kəsirlə müqayisədə) çatıb. Xərclər 2022-ci ildə 14,5 % artıb ki, bu da (37 %-lik deflyatorla dəstəklənən) ÜDM-in nominal artımından xeyli aşağıdır. Bununla belə, qeyri-enerji büdcənin kəsiri qeyri-enerji ÜDM-inin 22,7 %-nə enərək büdcənin 25 %-lik hədəf göstəricisini üstələyib”, - “Fitch” qeyd edir.
Agentliyin analitikləri hesab edir ki, ötən il yenidən tətbiq edilən fiskal qaydalar 2026-cı ildə qeyri-enerji sektorunda ilkin büdcə kəsiri 17,5 %-dək azaltmaq və dövlət borcunu ÜDM-in 20 %-i səviyyəsində məhdudlaşdırmaq məqsədi daşıyır, lakin bunun üçün institusional çərçivə lazımi səviyyədə deyil:
“Nominal ÜDM artımının yavaşlaması kəsir hədəfinə çatmağı daha çətinləşdirəcək, onun ardıcıl şəkildə icrası isə Azərbaycanın güclü maliyyə imkanlarının qorunub saxlanmasına böyük inamı təmin edəcək”.
“Fitch” proqnozlaşdırır ki, 2022-ci ildə 4,5 faiz bəndi azalaraq ÜDM-in 11,6 % səviyyəsinə düşən ümumi dövlət borcu, 2024-cü ilin sonuna ÜDM-in 7,9 %-dək azalacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.