Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb

Baxış: 184
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti - Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodu ilk dəfə Sloveniyaya karbamid gübrəsi ixrac edib.
"Sahibkartv.az" Agentliyə istinadən xəbər verir ki, ilkin mərhələdə bu ölkəyə 5 min tona yaxın gübrə göndərilib.
Xatırladaq ki, indiyə qədər müəssisədə istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə 23 ölkəyə (Brazilya, Hindistan, Türkiyə, Rusiya, İsrail, Polşa, Yunanıstan, Rumıniya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s.) ixrac olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.