Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın 11 dövlət müəssisəsində ölçmə cihazları yoxlamadan keçirilib

Baxış: 205


Azərbaycanın 11 dövlət müəssisəsində ölçmə cihazları yoxlamadan keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində 24, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyindəki müəssisədə 121, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki 4 müəssisədə isə 95 ölçmə vasitəsini dövri yoxlamadan keçirib.
Bu barədə "Sahibkartv.az"a Dövlət Xidmətindən bildirilib.
Xatırladaq ki, bu prosesə ötən ilin sentyabr ayından start verilib. Məqsəd həmin müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğuların) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılmasıdır.
Dövlət Xidməti Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyasında, “Azərişıq”, “Azərsu” ASC-lər, “Bakı Metropoliteni”, “Azərbaycan Hava Yolları” və “Azərbaycan Dəmir Yolları” QSC-lərin tabeliyindəki qurumlarda ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində monitorinqləri davam etdirir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.