Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan Türkiyə və Azərbaycanın TANAP ilə Macarıstana qaz tədarük etməyə hazır olduğunu açıqlayıb

Baxış: 152



Ərdoğan Türkiyə və Azərbaycanın TANAP ilə Macarıstana qaz tədarük etməyə hazır olduğunu açıqlayıb 


Türkiyə və Azərbaycan Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Macarıstana təbii qaz tədarük etməyə hazırdır. 
Sahibkartv.az xəbər verir ki, bunu çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada macar həmkarı Katalin Novakla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Biz TANAP vasitəsilə Macarıstana təbii qazın verilməsində Azərbaycana hər cür dəstəyi veririk. Məqsədimizə doğru qətiyyətlə irəliləyirik", - Türkiyə lideri vurğulayıb.
Novak öz növbəsində qeyd edib ki, Macarıstanın Rusiya qazını təmin edən “Türk axını” qaz kəməri ilə qaz tədarükünə ehtiyacı var. "Biz enerji sahəsində əməkdaşlıq haqqında danışdıq. Türkiyə Macarıstanın enerji təhlükəsizliyi üçün əvəzsizdir. Bizə "Türk axını" lazımdır. Dəstəyinizə görə sizə təşəkkür etmək istəyirik", - o bildirib.
TANAP Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsidir. Uzunluğu 1,85 min km olan boru kəməri Gürcüstan-Türkiyə sərhədindən Türkiyə və Yunanıstan sərhədinə qədər çəkilib. Hazırda kəmərin ötürmə qabiliyyəti 16 milyard kubmetrdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.