Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin edildi - SƏRƏNCAM

Baxış: 171
Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin edildi - SƏRƏNCAM  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında" Sərəncam imzalayıb.
Sahibkattv.Az xəbər verir ki, Sərəncam ilə Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Məsim Məmmədov adlı şəxsin İqtisadiyyat nazirinin müşaviri olduğu bilinir. O, təbii ehtiyatların qanunsuz istismarı, yataqların qeyri-qanuni işlənməsilə əlaqədar Rusiya sülhməramlılarının komandanlığı ilə müzakirələrdə iştirak etmişdi. O Monitorinq qrupunun rəhbəridir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.