Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dolların ucuzlaşması ilə qızıl daha da bahalaşdı

Baxış: 307



Dolların ucuzlaşması ilə qızıl daha da bahalaşdı 


Cümə axşamı axşam qızılın qiyməti, dolların zəifləməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda artır.
sahibkartv.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22.40-a olan məlumata görə, Nyu-Yorkun Comex birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 56.25 dollar və ya 2.9% artaraq 1 troya unsiyası üçün 2006.45 dollar təşkil edib. Gümüşün dekabr fyuçersləri 2,4% artaraq bir unsiya üçün 23.33 dollar təşkil edib.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,14% azalaraq 102 bənd təşkil edib. Dolların zəifləməsi qızılı digər valyutalarda almaq üçün daha əlverişli edir.
Qızılın unsiyasının qiymətinin qısa müddətdə 2010 dollaradək qalxacağı proqnozlaşdırılır.
ABŞ valyutası avro və yen daxil olmaqla altı əsas valyuta qarşısında ABŞ Mərkəzi Bankının (FED) faiz qərarından sonra düşür. Çərşənbə günü mart iclasında gözlənildiyi kimi FED faiz dərəcələrini 0,25 faiz bəndi də artırdı, inflyasiyanın aşağı salınması və ən azı bu il faizlərini azaltmayacağına dair öhdəliyini təkrarladı. Ötən il faizlərin 4 dəfə 0,75 bənd, ardınca 0,50 bənd, son iki iclasda isə, 0,25 bənd artırılması FED-in faizlərin yüksəldilməsi dövrünün sonuna yaxınlaşdığı kimi şərh olunur və bu da Dolların ucuzlaşmasına səbəb olur. 
Son iki həftə ərzində maliyyə bazarlarını sarsıdan ABŞ bank böhranından sonra FED-in artım dövrünə fasiləyə verəcəyi və ya bunu faizlərini daha bir dəfə 0,25 bənd artıraraq edəcəyi barədə fərziyyələr yaranıb.
FED 2020-ci ilin mart ayında başlayan koronavirus pandemiyasından sonra 0,25 səviyyəsinə saldığı maksimum faizini ötən ilin Mart ayından başlayaraq 4,75 bənd artıraraq 5%-ə çatdırıb. Faizlər son 12 ay ərzində doqquz dəfə artırılıb. FED-in faizlərini artırmasında fasilə ola bilər. Belə bir vəziyyət dollar üçün mənfi və qızıl üçün isə olduqca müsbətdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.