Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəkər tozunun qiymətləri son 6 ilin ən yüksək səviyyəsinə çatıb

Baxış: 236


Beynəlxalq bazarlarda şəkər tozunun və xam şəkərin qiymətləri, Misirin ixrac məhdudiyyətlərinin qlobal tədarükləri azaldacğı ilə bağlı narahatlıqlar səbəbindən altı ildən çox müddətdə ən yüksək səviyyəyə qalxdıb.[hide][/hide]

Şəkər tozunun qiymətləri son 6 ilin ən yüksək səviyyəsinə çatıb 


Misirdə qəbul olunan qərar ilə hər cür şəkər tozunun ixracı üç ay müddətində məhdudlaşdırılıb.
Sahibkartv.az xəbər verir ki, Misir şəkər ticarətində nisbətən kiçik ixracatçı olsa da, məhdudlaşdırma qərarının təxminən 250 min ton şəkər ticarətinə təsir edəcəyi gözlənilir.
Qərarın qəbulundan sonra şəkər tozunun fyuçersləri Londonda 2,2 faiz bahalaşıb, xam şəkər də dəyər qazanıb. Beləliklə, şəkər fyuçersləri altı ildən çox müddətdə ən yüksək səviyyəyə qalxıb.
"Covrig Analytics"in Baş Analitiki Claudiu Covrig, Misirin qərarının şəkər istehlakının artdığı Ramazan ayına təsadüf etdiyini və məhdudiyyətlərin yerli qiymətləri aşağı salmağa kömək edəcəyini gözlədiklərini bildirib.
Misirin daxili ticarət və tədarük naziri Əli Əl-Moselhi Misirin hazırkı şəkər ehtiyatlarının üç ay davam edəcək səviyyədə olduğunu bildirərək, yerli çuğundur şəkəri istehsalının boşalan ehtiyatların doldurulmasına kömək edəcəyini bildirib.
Beynəlxalq Şəkər Təşkilatının fevral ayı proqnozlarına görə, Misirin oktyabr ayında başlayan 2022-23 mövsümündə 200 min ton rafinə edilmiş şəkər ixrac edəcəyi nəzərdə tutulurdu.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.