Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda kompüter istehsalı 4 %-dən çox artıb

Baxış: 240


Azərbaycanda kompüter istehsalı 4 %-dən çox artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 30,6 milyon manat təşkil edib.
"Sahibkartv.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 25,8 %, kompüter, elektron və optik məhsulların istehsalı isə 4,9 % artıb.
Hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölçmə cihazlarının istehsalı 4,6 dəfə, elektrik tənzimləyici cihazların istehsalı isə 62,7 % artıb.
Bu ilin 2 ayında 399 ədəd stolüstü kompüter (4,2 % çox), 71,6 min ədəd ölçmə cihazları (4,6 dəfə çox), 61 ədəd güc transformatorları (48,7 % az), 2 247 ədəd elektrik tənzimləyici cihazları (62,7 % çox), 1 417,6 ton digər elektrik naqilləri (6,1 % çox), 206 məişət soyuducuları və dondurucuları (12,6 % çox) istehsal edilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.