Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda istehsal olunan avtomobillər anbarlarda tozlanır

Baxış: 429

456 ədəd minik avtomobili istehsal edilib, anbarlarda 465 avtomobil yığılıb.Azərbaycanda istehsal olunan avtomobillər anbarlarda tozlanır



2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 456 ədəd minik avtomobili istehsal edilib (yığılıb və ya montaj olunub).
Sahibkartv.az Dövlər Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 64,6% artıb.

İstehsalda artım ilə bərabər anbarlarda yığılan hazır avtomobillərin sayı 2023-cü ilin ilk 2 ayındakı istehsal sayından çoxdur. Belə ki, 01.03.2023-cüil vəziyyətinə hazır məhsul ehtiyatı 465 ədəd təşkil edib.
Eyni zamanda, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 164 ədəd traktor, 112 ədəd yük avtomobili istehsal olunub. İstehsal müvafiq olaraq 2,8 dəfə və 2,2 dəfə artıb. 01.03.2023-cü il vəziyyətinə traktor üzrə hazır məhsul ehtiyatı 16 ədəd, yük avtomobilləri üzrə 9 ədəd olub.
Qeyd edək ki, Azərbaycanda avtomobillər Nefçala, Naxçıvan, Gəncə və Hacıqabulda olan zavodlarda istehsal olunur. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.