Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tələblə bağlı narahatlıqlar fonunda neft ucuzlaşıb

Baxış: 153


Resessiya riski səbəbindən tələb perspektivləri ilə bağlı narahatlıqlar fonunda dünya bazarında neft qiymətləri düşüb.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin may fyuçersləri 0,95 % ucuzlaşaraq 1 bareli 72,28 ABŞ dollarına satılıb. "WTI" markalı neftin may fyuçerslərinin qiyməti isə 0,79 % düşüb və bareli 66,4 ABŞ dolları təşkil edib.
Davam edən qeyri-müəyyənliklər fonunda treyderlər ehtiyatlı davranmağa üstünlük verirlər. Ötən həftə bazarlarda bank sektoru ilə bağlı volatillik müşahidə edilib. İnvestorlar monetar siyasətin sərtləşdirilməsinin banklara təsir etdiyindən narahatdır. Bu tendensiyalar iqtisadi perspektivə və neftə olan tələb proqnozlarına mənfi təsir göstərir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.