Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qiymətlər qalxsa da, Azərbaycana avtomobil idxalı 25% artıb

Baxış: 183


Qiymətlər qalxsa da, Azərbaycana avtomobil idxalı 25% artıb 


2023-cü ilin yanvar-fevral dövründə Azərbaycana 199 milyon 318 min dollar dəyərində 13 min 939 ədəd nəqliyyat vasitəsi idxal edilib.
Sahibkartv.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı miqdar ifadəsilə 2 min 794 ədəd və ya 25%, dəyər ifadəsilə 73 milyon 885 min dollar və ya 59% artıb.
2022-cü ilin yanvar-fevral dövründə Azərbaycana 125 milyon 433 min dollar dəyərində 11 min 145 ədəd nəqliyyat vasitəsi idxal edilmişdi.
Ötən ilin ilk 2 ayında minik avtomobillərinin idxalı 10 min 340 ədəd ikən, 2023-cü ilin ilk 2 ayında 12 min 951 ədəd təşkil edib.
2023-cü ilin ilk 2 ayında Azərbaycana yalnız elektrik mühərriklə hərəkətə gətirilən 222 elektromobil gətirilib. Ötən ilin ilk iki ayında bu say 57 ədəd idi. 






Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.