Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda 14 yol sahəsində sürət hədləri endiriləcək

Baxış: 225



Bakıda 14 yol sahəsində sürət hədləri endiriləcək 


Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlayıb və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırıb.
Bunu Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, həmin yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq.
"Statistika paytaxt ərazisində baş verən yol qəzalarının əsas səbəblərindən birinin yüksək sürət olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması ölkə prezidentinin sərəncamı ilə təsdiqlənmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. Sürücülərimizin sürət hədlərinə riayət edəcəyinə inanırıq. Sizin təhlükəsizliyiniz bizim məsuliyyətimizdir", - deyə sədr qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.