Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR-ın törəmə şirkəti nizamnamə kapitalını azaldır

Baxış: 864


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - "SOCAR-Nefteqazstroy" MMC nizamnamə kapitalını 10 min 290 manat və yaxud 0,4 % azaldaraq 2 milyon 805 min 800 manatdan 2 milyon 795 min 510 manata endirdiyini elan edib.
“Sahibkartv.az” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "SOCAR-Nefteqazstroy" 2004-cü ildə yaradılıb. Şirkətin təsis paylarının 25 %-i SOCAR-a məxsusdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.