Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Transxəzər marşrutu üzrə TIR daşımaları üçün elektron proqram hazırlanıb

Baxış: 275


Transxəzər marşrutu üzrə TIR daşımaları üçün elektron proqram hazırlanıb
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə TIR daşımalarında rəqəmsallaşmanın genişləndirilməsi üzrə iş aparılır.
"Sahibkartv.az" xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) TIR üzrə katibi Konstantinos Alexopoulos Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu "bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüşdə çıxışı zamanı bildirib.
"Azərbaycan, Gürcüstan və Özbəkistan TIR daşımaları üzrə elektron bağlantını təmin edib, Türkiyədə isə bu elektron bağlantının bu ilin iyun ayında tamamlanması gözlənilir. Dəhliz boyunca idxal-ixrac əməliyyatlarının asanlaşdırılması üçün elektron sistem yaradılıb. E-TIR elektron tətbiq proqramı bu ilin iyul ayında istifadəyə veriləcək. Bu sistem əvvəlcə İsveçrənin Cenevrə şəhərində sınaqdan keçiriləcək, daha sonra dəhliz ölkələrinin istifadəsinə veriləcək. Proqram Ümumdünya Gömrük Təşkilatının standartlarına əsaslanır", - deyə o qeyd edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.