Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda istehlakçı hüquqlarının qorunmasına dair qanunvericilik təkmilləşdirilir

Baxış: 241


Azərbaycanda istehlakçı hüquqlarının qorunmasına dair qanunvericilik təkmilləşdirilirMəmməd Abbasbəyli 
Azərbaycanda istehlakçı hüquqlarının qorunması üzrə qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı işlər artıq başa çatma mərhələsindədir.
"Sahibkartv.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bu gün "İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu" mövzusunda keçirilən konfransda deyib.
"İstehlakçı hüquqları sahəsində sahibkarlığın rolunun artırılması, istehlakçı məmnuniyyəti standartlarının korporativ idarəetmədə daha geniş tətbiqi, mövcud qanunvericilik aktlarında ziddiyyətli məqamların aradan qaldırılması məqsədilə "İstehlakçı Hüquqlarının Müdafiəsi haqqında" Qanuna, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və digər aidiyyatı normativ aktlarına dəyişikliklər layihəsi hazırlanıb və qısa müddətdə aidiyyatı üzrə təqdim ediləcək.
Ümid edirik ki, dövlət qurumları ilə əməkdaşlıq və görülmüş tədbirlər çərçivəsində istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində ciddi işlərin görülməsinə və uğurlu nəticələrin əldə edilməsinə nail olacağıq", - M.Abbasbəyli əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.