Avropa Parlamentinin (AP) dünyadakı bir çox proseslərdə qeyri-obyektiv mövqeyi artıq qəbul edilən klişelərdən biridir. Burda sistematik şəkildə siyasi çirkab dövriyyə buraxılır. Son 10 il ərzində isə AP tamamilə çirkli pulların təsiri altında olan siyasətçilərin məskəninə çevrilib.
Bu fikirləri "Sahibkartv.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
O bildirib ki, AP-də təmsil olunanlar birmənalı şəkildə siyasi hadisələrin təhlilindən uzaqdırlar:
"Ciddi media strukturlarında dərc edilən yazılar da sübut edir ki, burada deputatlar demək iclaslara hazırlıqsız qatılır. Bir çox məşhur diplomatlar öz xatirələrində AP-nin işləmə mexanizmlərini ifşa ediblər. Avropa Parlamenti yaxın günlərdə növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu bir daha ölkəmizə münasibətdə necə düşmən mövqedə dayandığını sübut edir. Bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya blokadada olması kimi iddialar, eləcə də, gorbagor olmuş “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə ümumiyyətlə olmayan məsələlər qeyd edilib. Bu “qətnamənin” müəllifləri də eyni ermənipərəst dairələr və strukturlardır. Diqqətlə analiz edəndə görürük ki, Avropa Parlamentindəki Azərbaycan düşmənçiliyinin direktivləri birbaşa Fransadan gəlir".
T.İsmayılov vurğulayıb ki, daha öncəki qətnamələrdə də Fransa mərkəzli siyasətçilər prosesin “aparıcı qüvvəsi”ni təşkil ediblər:
"Fransa Cənubi Qafqaz regionunda təmsilçilik əldə etmək üçün müxtəlif təxribatlara əl atır. Hesab edirəm ki, Fransanın bu təxribatları ölkənin olmayan nüfuzunun daha da zədələnməsi ilə nəticələnir. Eyni zamanda, Fransanın Ermənistan vasitəsilə Azərbaycan və Türkiyəyə təsir etmək siyasəti ətrafında da fəallıq Makronun hakimiyyəti dövründə daha da artıb. Avropa Parlamenti və Avropa Komissiyasında Fransanın təsir imkanları genişdir. Makronun Azərbaycan və Ermənistan arasında formalaşa biləcək sülh və etimad mühitini pozmaq planına Avropa Parlamenti dəstək verməyə çalışır. Prosesə bir qədər geniş müstəvidə baxsaq, erməni lobbisinin izlərini də aydın görə bilərik. Erməni lobbisinin Fransa hakimiyyətinə təsir imkanları genişdir. Ona görə də erməni lobbisinin çirkli pullarının Avropa Parlamentinə ötürülməsində əsas vasitəçi rolunu elə Fransanın oynadığını demək üçün kifayət qədər əsaslar var. Makron hakimiyyəti bu gün birmənalı şəkildə Ermənistanı dəstəkləmək, eyni zamanda, Avropa Parlamenti kimi qurumları Azərbaycan və Türkiyə əleyhinə qızışdırmaqla Fransanın Bakı və Ankara ilə gələcək iqtisadi-siyasi əlaqələrini sabotaj edir. İstənilən halda əlaqələrin zədələnməsindən itirən Azərbaycan və Türkiyə deyil, Fransa və onun dəstəklədiyi Avropa Parlamentindəki lobbist qruplar olacaq".
Politoloq hesab edir ki, Azərbaycanın apardığı aktiv xarici siyasət, X Qlobal Bakı Forumunun baş tutması və digər qlobal təşəbbüslər ölkənin beynəlxalq arenada yüksək nüfuzunun göstəricisidir:
"Azərbaycan əleyhinə növbəti riyakarlığın Bakıda gerçəkləşən iki önəmli tədbirdə baş verməsi hadisələrdə əsla təsadüf olmadığını göstərir. Bəs korrupsiya bataqlığında məhv olan bir strukturun sadəcə kağız parçası olan qətnamələri Azərbaycana hansısa formada təsir edə bilərmi? Birmənalı şəkildə yox... AP-nin korrupsiya şəbəkəsində 33 nəfərlik “Ermənistanla dostluq qrupu”nun üzvləri kifayət qədər aktivdirlər. AP-də Azərbaycan və Türkiyəni hədəfləyən bəyanatlar AP adından elan edilsə də, onların əksəriyyəti məhz həmin “33 nəfərlik qrup” tərəfindən imzalanır. Bu deputatlar dünyada Azərbaycan və Türkiyə əleyhinə dezinformasiya şəbəkəsinin əsas sponsoru Kaspar Karampetyanın maliyyəsi ilə Ermənistana dəfələrlə səfərlər də ediblər".
"Dünyada beynəlxalq anti-korrupsiya gününün qeyd edildiyi bu tarixdə Belçika polisi AP-də fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə üzvünü həbs etdi. Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə sensasiya effekti yaratdı. Eva Kayli AP kürsülərindən daim Türkiyə əleyhinə çağırışları ilə fərqlənib. İşlə əlaqədar Brüsseldəki 16 müxtəlif nöqtədə həyata keçirilmiş axtarışlar nəticəsində 600 min avro nağd pul aşkarlandı. Avroparlamentarilərə külli miqdarlarda rüşvət verən daha bir erməni əsilli oliqarx isə Vartan Sirmakesdir. İsveçrə vətəndaşı olan Sirmakes işğal dövründə Qarabağda bank sektoru, kənd təsərrüfatı, mədən sənayesi kimi müxtəlif sahələrdə tamamilə qanunsuz biznes fəaliyyətləri göstərib və Azərbaycanın sərvətlərini talayaraq öz biznes imperiyasını genişləndirib. Serj Sarqsyanın Ermənistanın Marselə baş konsul təyin etdiyi Sirmakes əldə etdiyi vəsaitlərdən avroparlamentarilərə rüşvət və bahalı hədiyyələr şəklində paylayaraq həm Ermənistanın, həm də şəxsi maraqlarının müdafiəsində dəstək toplamağa çalışıb. Eyni zamanda Sirmakes Fransa Senatındakı deputatlara çirkli pullar paylayan əsas adamlardan sayılır. Beləliklə, biz görürük ki, bütün dünyanın gözü qarşısında sistemli siyasi dələduzluq çarxı qurulub", - o, əlavə edib.
T.İsmayılovun fikrincə, AP-də ənənəvi Qərb dəyərləri, habelə plüralizm, ifadə azadlığı kimi fundamental məsələlər Avropadakı erməni icmasının radikal fəaliyyəti nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşib:
"Azərbaycana qarşı ədalətli mövqe tutan istənilən deputat erməni icması və ya onun təsiri altında olan qüvvələr tərəfindən mənəvi terrora məruz qalır. Nəticədə həmin deputatlar susmağa məcbur olurlar. Hazırda AP erməni icmasının təsiri altında olan və Azərbaycana qarşı radikal mövqe tutan bir sıra deputatların öz şəxsi ambisiyalarının həyata keçirildiyi məkana çevrilib. AP ermənilərə aid olduğunu iddia etdiyi mədəni abidələri qədim xristian irsinin bir hissəsi kimi təqdim edir. İşğal dövründə dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini inkar edir ki, bu düşüncə tərzi dini, irqi ayrı-seçkiliyi təşviq etməklə olduqca təhlükəli tendensiyalara rəvac verir".
O qeyd edib ki, Azərbaycandakı ənənəvi ailə dəyərlərinə verilən yüksək qiymətlə heç cürə barışa bilməyən AP-nin bir sıra deputatları cəmiyyətimizə yad məsələlərin, habelə LGBT hüquqlarının təşviq edilməsini tələb edir:
"Avropa Parlamenti hazırda korrupsiya pullarını Azərbaycan və Türkiyəyə qarşı dezinformasiya “qalxanına” çevirib. Azərbaycanın Qərbdə etibarlı tərəfdaşları mövcuddur, AP kimi “siyasi institutların” dünyadakı ciddiyyəti isə indi sarsıntılıdır".
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Meksikada Kaktusdan Dəri Hazırlayan Startap Beynəlxalq Bazara Çıxır
16:44 / 21-02-2025
Rusiyada Aqrotexnologiya Sahəsində Yeni Sərmayələr Yatırılır
16:15 / 21-02-2025
Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq
16:00 / 21-02-2025
Almaniya Bioloji Gübrələrə Keçid Edir
15:46 / 21-02-2025
Hava bu tarixdə düzələcək - RƏSMİ
15:30 / 21-02-2025
Cənubi Koreyada Gələcəyin Smart Fermer Təsərrüfatları Tikilir
15:00 / 21-02-2025
Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil - ŞƏRH
14:22 / 21-02-2025
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
13:48 / 21-02-2025
Tural İsmayılov: "Avropa Parlamenti tamamilə çirkli pulların təsiri altında olan siyasətçilərin məskəninə çevrilib"
Bölməyə aid digər xəbərlər
Tarix: 13-03-2023, 15:35 Oxunub: 154
Bölməyə aid digər xəbərlər
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
5-09-2022, 10:06
Rüstəm Nağıyev: “Goranboy rayonunda indiyə qədər heç zaman sahibkarlığın inkişafı üçün bu gün olduğu qədər əlverişli şərait mövcud olmayıb”
22-08-2022, 20:39
İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
16-04-2022, 20:30
Maddi problemlərə görə teatrdan ayrılan Taleh Yüzbəyov: “Sənət sevgisi ilə ailəmə baxa bilmirdim” - MÜSAHİBƏ
11-03-2022, 23:18
“Niyə həmin deputatlar Ermənistanı hüquqi məsuliyyətlə ittiham etmir?” – Avropa Parlamentinə ETİRAZ
11-03-2022, 16:51
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
18-01-2022, 13:58
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
10-10-2021, 13:01
İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub - FOTO
11-07-2021, 11:30
“BİZ” filminin rejissoru: “Qarabağ mövzusu bizim üçün heç zaman tükənməyəcək” - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO