Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya Bankının Azərbaycan üzrə yeni strategiyasının hazırlanması müzakirə edilib

Baxış: 165


Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun iştirakı ilə Dünya Bankının Azərbaycan üzrə yeni strategiyasının hazırlanması müzakirə edilib.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə baş bankir "Twitter"də bildirib.
"Bu gün Dünya Bankında Azərbaycanın da daxil olduğu Seçki Qrupunun İcraçı direktoru Dominik Favre ilə görüşdük. Görüşdə əməkdaşlığın cari vəziyyətini və perspektivlərini müzakirə etdik, Dünya Bankında ölkəmizin maraqlarının və mövqeyinin müdafiə olunması, dəstəklənməsi istiqamətində Seçki Qrupunun gördüyü işlər barədə danışdıq, qurumun növbəti dövr üçün Azərbaycan üzrə yeni strategiyasının hazırlanması və layihə portfelinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.