Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qızıl 1 %-ə yaxın bahalaşıb

Baxış: 268

Dünya bazarında qızılın qiyməti təxminən 1 % artıb.

“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,88 % və ya 16,4 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 883,6 dollara satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,47 % artaraq 1 unsiyası 20,808 ABŞ dolları təşkil edib.
Dolların ucuzlaşması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı gözləntiləri qızılın qiymətinin artımını dəstəkləyir.
Bu arada ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,69 % düşərək 103,85 bənd təşkil edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.