Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanlı sürücülərin xaricdə törətdiyi qəzalara görə sığorta ödənişi 28 % artıb

Baxış: 184

2022-ci ildə Azərbaycandan olan avtomobil sahiblərinin ölkə xaricində törətdiyi 291 yol-nəqliyyat hadisəsinə görə 910 421 manat sığorta ödənişi həyata keçirilib.

Bu barədə "Sahibkartv.az"a İcbari Sığorta Bürosundan bildirilib.
Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 24,9 % və 27,8 % çoxdur.
Ötən il hər yol qəzasına düşən sığorta ödənişi 3 128 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,3 % çoxdur.
Sığorta ödənişləri "Yaşıl Kart" beynəlxalq sığorta sistemi çərçivəsində verilib. Sığorta hadisələri əsasən Rusiya və Türkiyədə baş verib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.