Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 200-dən çox baza stansiyası var

Baxış: 178


Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 203 baza stansiyası quraşdırılıb və onların hər biri istismardadır.
"Sahibkartv.az" xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Həmin ərazilərdəki Şuşa və digər şəhərlər GPON texnologiyalarına uyğun telefon və sürətli internetlə təmin olunub. O cümlədən Şuşada 77 abunəçi, Zəngilan rayonunun Ağalı kəndində isə 86 abunəçi müasir texnologiyalara uyğun telefon və sürətli internetlə təmin edilib. Bu işlər davam etdirilir", - deyə o qeyd edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.