Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan qeyri-neft ixracını 37 % artırıb

Baxış: 234



Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,4 milyon ABŞ dolları təşkil edib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) "Sahibkartv.az"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,6% çoxdur.
Təkcə fevralda isə Azərbaycan 366,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 50% çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2021-ci illə müqayisədə 12,3% artaraq 3 047,7 milyon ABŞ dolları olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.