Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyanın daha 10 şirkətinə Azərbaycana məhsul ixrac etmək hüququ verilib

Baxış: 252



Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın daha 10 müəssisəsinə Azərbaycana məhsul ixrac etmək hüququ verib.
"Sahibkartv.az" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, həmin müəssisələr heyvandarlıq məhsulları, həmçinin yem və yem əlavələri istehsal edir. Qərar "Rosselxoznadzor"un müəssisələrin Azərbaycanın normativ tələblərinə uyğunluğu ilə bağlı verdiyi təminat əsasında qəbul edilib.
Hazırda 1 190-dan çox Rusiya şirkətinin Azərbaycana mal ixrac etmək hüququ var.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.