Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əməkhaqqı kartları ilə ölkədaxili istənilən bankomatdan nağdlaşdırma komissiyasız oldu

Baxış: 227



Əməkhaqqı kartları ilə ölkədaxili istənilən bankomatdan nağdlaşdırma komissiyasız oldu 


(®️)Əməkhaqqı kartları ilə ölkədaxili istənilən bankomatdan nağdlaşdırma komissiyasız oldu
Muğanbank əməkhaqqı kart sahiblərinə ölkənin bütün bankomatlarından heç bir xidmət haqqı olmadan 500 AZN-ə qədər vəsait çıxarmaq imkanı verən yeni "ALL ATM" layihəsinə start vermişdir.
Belə ki, adıçəkilən layihə Bankın əməkhaqqı kart sahiblərinin öz vəsaitlərini ölkədaxili istənilən bankın bankomatından komissiyasız və rahat əldə etməsini təmin etmək üçün nəzərdə tutulmuşdur.
Qeyd etmək istərdik ki, nağdlaşdırılan vəsait aylıq 500 AZN limit məbləğini keçdikdə, komissiya yalnız 500 AZN-dən yuxarı olan məbləğə görə hesablanacaqdır. Məsələn, müştəri 600 AZN məxaric etdikdə, vəsaitin 100 AZN məbləği üçün komissiya mövcud tarifə uyğun olaraq tətbiq ediləcəkdir.
Həmçinin, Muğanbankın əməkhaqqı kartlarında qalıq vəsaitə görə illik 5% gəlir əldə etmək mümkündür.
Müştərilər "ALL ATM" layihəsi haqqında ətraflı məlumatı 933 Məlumat mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.