Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kubanın Vitse-prezidenti: "Azərbaycanın torpaqlarını azad etməsi tam ədalətlidir"

Baxış: 206


"Azərbaycanın torpaqlarını azad etməsi tam ədalətlidir".
"Sahibkartv.az" xəbər verir ki, bunu Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesa Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
Kubanın Vitse-prezidenti Salvador Antonio Valdes Mesa Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşünə uğurlar arzulayıb. Qonaq diqqətə çatdırıb ki, Kuba qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində və genişləndirilməsində maraqlıdır.
Vitse-prezident Azərbaycanın QH-yə sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib.
Kubalı qonaq, həmçinin qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi tam ədalətlidir. O, BMT Baş Assambleyasında Kuba ilə əlaqədar təqdim olunan qətnamələrə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.