Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Özbəkistan Azərbaycanla gömrük sahəsində əməkdaşlığı gücləndirmək istəyir

Baxış: 123

Özbəkistan kölgə iqtisadiyyatı ilə mübarizədə vergi və gömrük orqanlarının birgə fəaliyyəti, həyata keçirdikləri nəzarət tədbirləri, idxal-ixrac əməliyyatları zamanı risk profillərinin müəyyənləşdirilməsi və təhlili, qaçaqmalçılıqla mübarizə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək, məlumat mübadiləsinin və əməkdaşlığın daha da gücləndirilməsində maraqlıdı.

"Sahibkartv.az" xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycanda səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə DGK-nın sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, aidiyyəti struktur bölmələrinin əməkdaşları, Özbəkistan İqtisadiyyat və Maliyyə nazirliyi yanında Vergi Komitəsi sədrinin birinci müavini Mubin Mirzəyev, Özbəkistan Prezidenti yanında Strateji İslahatlar Agentliyinin idarə rəisi Mansurxoca Yusupxocayev, bu ölkənin müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Həmçinin Azərbaycan gömrüyündə son dövrlərdə aparılan təkmilləşdirmələrin, informasiya texnologiyalarına və rəqəmsal həllərə əsaslanan yeniliklərin əməliyyatların asan, sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın artırılması, gömrük-vətəndaş, gömrük-biznes təmasının minimuma endirilməsində əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb. Bu baxımdan əldə olunan təcrübələr, tətbiq edilən yeniliklər barədə Özbəkistan nümayəndə heyətinə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.