Bu gün Bakıda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılıği ilə “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçirilir.
"Sahibkartv.az" xəbər verir ki, maliyyə və bank sahəsində yerli və beynəlxalq qurumların, özəl sektor nümayəndələrinin, ümumilikdə 200-ə yaxın şəxsin iştirakı ilə keçirilən tədbirdə KOB-ların maliyyələşdirilməsi, bu sahədə alternativ maliyyə alətləri və beynəlxalq təcrübə, alternativ maliyyələşmə mexanizmlərinin Azərbaycanda tətbiqi imkanları müzakirə edilir.
Konfransda açılış nitqi ilə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, KOB subyektləri inkişaf etmiş iqtisadiyyatlarda ümumi daxili məhsulun təxminən 50%-ni, inkişaf etməkdə olan iqtisadiyyatlarda isə 35%-ni təşkil edir, ümumi məşğulluğun isə 60-70%-ni təmin edir.
O, vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin 99%-dən çoxu KOB subyektləridir. Bütün dünyada olduğu kimi Azərbaycanda da sahibkarlar maliyyələşmə mənbəyi kimi banklara üstünlük verirlər. KOB-ların maliyyələşmə imkanlarının genişləndirilməsi və bu sahədə alternativ maliyyə alətlərinin tətbiqi KOBIA-nın fəaliyyətinin prioritetlərindəndir. USAID ilə birgə təşkil edilmiş bugünkü tədbirin məqsədi də məhz KOB-ların maliyyə əlçatanlığının genişləndirilməsi sahəsində beynəlxalq təcrübə və alternativ maliyyə alətlərinin ölkəmizdə tətbiqi imkanlarını müzakirə etməkdir.
USAID-in Azərbaycan üzrə Missiya Direktoru Maykl Nirbas: “Əminəm ki, bu konfrans hamınızın məlumat paylaşa biləcəyi, yeni tərəfdaşlıqlar üçün əlaqələr qurmağınıza imkan yaradan, yeni texniki biliklər qazanacağınız və digər ölkələrin borc və kapital maliyyələşməsini necə təşkil etdiyi barədə birbaşa məlumat əldə edə biləcəyiniz platforma olacaq. Bu gün ekspertlərin iştirakı ilə baş tutacaq panellər layihə maliyyələşdirilməsi üçün müxtəlif seçimlərin aydınlaşdırılmasına da imkan yaradacaq”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Innovasiya və Rəqəmsal Inkişaf Agentliyinin rəhbəri Inarə Vəliyeva təmsil etdiyi qurumun fəaliyyəti və startaplara göstərdiyi dəstək, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev isə alternativ maliyyələşmə barədə fikirlərini bölüşüb.
Forum çərçivəsində “İslam bankçılığı və mikromaliyyəsi: Azərbaycanda inkişafı perspektivləri”, “KOB dəstək alətləri: Zəmanət, Aktivlərə əsaslanan maliyyələşmə və Lizinq” və “Startap ekosisteminin inkişafının əhəmiyyəti” mövzuları üzrə panel müzakirələr təşkil edilib. Panel iclaslarda qeyd olunan mövzular üzrə yerli və beynəlxalq təcrübə, gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılır.
“CrowdBot”: Kütləvi yatırım kampaniyaları AI ilə idarə olunur
17:42 / 18-04-2025
“PitchAI”: Yatırımçını razı salacaq təqdimatlar avtomatik hazırlanır
17:30 / 18-04-2025
“EmotiBrand”: Duyğular əsasında yaradılan brendlər dövrü
17:17 / 18-04-2025
“BioMarka”: Genetik kodunuza uyğun məhsul yaradılması başlayır
16:42 / 18-04-2025
“Code&Sell”: Kod bilmədən proqramla gəlir əldə etmək mümkün olur
16:19 / 18-04-2025
Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
16:00 / 18-04-2025
İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
15:50 / 18-04-2025
“MiniMarketAI”: Bir masa üstündə qurulan mikro-mağazalar dövrü
15:43 / 18-04-2025
Ermənistan NATO standartlarına görə ordu qurur
15:30 / 18-04-2025
“Rəqəmsal Qadın Gücü”: AI-lə qadın sahibkarların yüksəlişi
15:17 / 18-04-2025
“AI StyleMaster” modanı dəyişir: Hər kəs öz stilində brend qurur
15:00 / 18-04-2025
İran Prezidenti Azərbaycana səfər edəcək
14:42 / 18-04-2025
Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
14:16 / 18-04-2025
Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
14:08 / 18-04-2025
İlham Əliyev Çavuşoğluya başsağlığı verib
13:04 / 18-04-2025
Xarici diplomatlar Xankəndidə - Video
12:56 / 18-04-2025
İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
12:49 / 18-04-2025
Sabah 22 dərəcə isti olacaq
12:42 / 18-04-2025
Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
12:23 / 18-04-2025
Hikmət Mirzəyevə ağır itki
11:50 / 18-04-2025
Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
11:44 / 18-04-2025
Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
11:39 / 18-04-2025
Xankəndinin Baş planı hazırlanır
11:33 / 18-04-2025
ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
10:56 / 18-04-2025
“O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
10:51 / 18-04-2025
Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
10:45 / 18-04-2025
Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
10:26 / 18-04-2025
DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
09:50 / 18-04-2025
Başlıbel qətliamından 32 il ötür
09:44 / 18-04-2025
Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
09:00 / 18-04-2025
AI Sayəsində Qlobal Bazarlara Çıxış Sadəcə Bir Linklə Mümkün Olacaq
22:12 / 17-04-2025
Bakıda “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçirilir

Bölməyə aid digər xəbərlər

Tarix: 2-03-2023, 09:04 Oxunub: 217
Bölməyə aid digər xəbərlər
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
29-09-2022, 16:51
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi hazırlanıb
11-08-2022, 17:51
Xızıda KOB dostu fəaliyyətə başlayıb - FOTO
13-07-2022, 09:53
USAID: "Əsas prioritetlərimizdən biri 30 il sonra doğma evlərinə qayıdanlara dəstək verməkdir"
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
25-04-2022, 18:39
“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib
18-02-2022, 13:54
Post-pandemiya dövrünün prioritet istiqamətləri müzakirə edildi - FOTO
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
3-09-2021, 14:47
Tərtər rayonunda KOB dostu fəaliyyətə başladı - FOTO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
8-07-2021, 13:24
KOBİA və USAID arasında Anlaşma Memorandumu imzalandı - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
27-04-2021, 10:05
Azərbaycanın iri bankı bir sıra planlarını açıqladı
8-04-2021, 18:00
“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilib - FOTO
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO