Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsini təsdiqləyib

Baxış: 135


Prezident İlham Əliyev “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunu imzalayıb.
"Sahibkartv.az" xəbər verir ki, “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi” 2021-ci il martın 4-də keçirilmiş 14-cü Zirvə Toplantısı zamanı imzalanıb.
Nizamnaməyə əsasən, Tədqiqat Mərkəzi İƏT-in əsas fəaliyyət istiqamətləri üzrə tədqiqatlar aparılması üçün təşkilatın beyin mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzin Qərargahı Bakı şəhərində yerləşir. İƏT-in Tədqiqat Mərkəzi Qəyyumlar Şurası, Elmi Şura və İcra Komitəsindən ibarət olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.