Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı genişlənib

Baxış: 133


Azərbaycan Prezidenti İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Fərmana dəyişikliklərin edilməsi barədə Fərman imzalayıb.
"Sahibkartv.az" xəbər verir ki, dəyişikliklərə əsasən, idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına “digər kalsium fosfatları” və “Treonin” əlavə olunaraq, bu güzəştin müddəti bir il uzadılıb. Bununla bağlı “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilib.
Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.