Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Türkiyə ərazisindən Avropaya 1 000 meqavat elektrik enerjisi ixrac edəcək

Baxış: 175

"Cəbrayıl" Enerji Qovşağı Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı elektrik təchizatını təmin edəcək, yaradılan meqa layihələrin tələbatını qarşılayacaq".

"Sahibkartv.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ Regional Electrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov bildirib.
Onun sözlərinə görə, bu elektrik qovşağı Cəbrayıl - Naxçıvan - Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyə enerjisistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edəcək: "Həmçinin bu qovşaq ixrac imkanlarını artıracaq. Uzun illərdən sonra Naxçıvan Muxtar Respublikası Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq".
M.Hüseynov qeyd edib ki, "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarında, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrində, həmçinin kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjini Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kV-luq Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.
O vurğulayıb ki, gələcəkdə Türkiyəyə, oradan da Avropaya illik 1 000 meqavat elektrik enerjisi ixrac ediləcək.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.