Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əl-Casiri: "Azərbaycan İslam İnkişaf Bankında fəal iştirakçı olmaqla bu qurumun fəaliyyətinə böyük töhfə verir"

Baxış: 163

İslam İnkişaf Bankı Azərbaycanın bu təşkilata üzvlüyündən fəxr hissi keçirir və ölkəmiz həmişə fəal iştirakçı olmaqla bu qurumun fəaliyyətinə böyük töhfə verir.

"Sahibkartv.az" xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
Əməkdaşlığımızın uğurlu tarixə malik olduğunu deyən Məhəmməd Süleyman Əl-Casir həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.