Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

XİN başçısı: "Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü"

Baxış: 222


XİN başçısı: Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü
"Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğunu gördü".
"Sahibkartv.az" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir vurğulayıb ki, Türkiyədə baş verən dəhşətli zəlzələ və onun ağrılı nəticələri hər kəsi sarsıdıb:
"Ölkəmizdə elə bir şəxs yoxdur ki, bu faciəni öz faciəsi kimi qəbul etməsin. İlk saatlardan etibarən Azərbaycan Türkiyənin yanında olduğunu bildirdi və xilasedicilər Türkiyəyə yola salındı. Azərbaycan bütün imkanları ilə çalışdı ki, bu məsələ ən qısa zamanda həllini tapsın. Zəlzələdən sonra o bölgələrə getdim. Orada zəlzələnin nəticələrini görmək çox ağırdır. Bütün bu faciəyə rəğmən həmin insanların nə qədər güclü və sağlam mənəviyyata sahib olduqlarının şahidi olduq”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.