Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ÜTT: Qlobal ticarət müharibəyə baxmayaraq müqavimətini qoruyub

Baxış: 134



ÜTT: Qlobal ticarət müharibəyə baxmayaraq müqavimətini qoruyub 


Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qlobal ticarətin müqavimətli olaraq qaldığını və Ukraynadakı müharibədən ciddi şəkildə təsirlənən iqtisadiyyatların alternativ təchizat mənbələri tapması səbəbindən 2022-ci il üçün pessimist proqnozları üstələdiyini bildirib.
Sahibkartv.az xəbər verir ki, ÜTT “Ukrayna müharibəsinin bir ili: Qlobal ticarət və inkişafa təsirin qiymətləndirilməsi” adlı hesabatını dərc edib.

Hesabatda qlobal ticarətin müqavimətli qaldığı və 2022-ci il üçün pessimist proqnozları üstələdiyi qeyd edib. Buna səbəb olaraq Ukraynadakı müharibədən ciddi şəkildə təsirlənən iqtisadiyyatların alternativ təchizat mənbələri tapmaları göstərilib.
Hesabatda keçən il qlobal ticarətdə artımın ÜTT-nin 3 faizlik proqnozunun üzərində olduğu qeyd edilib. 
Hesabatda vurğulanıb ki, müharibədən çox təsirlənən malların qiymətləri müharibənin əvvəlində gözləniləndən az artıb.
2022-ci ildə Ukraynanın ixracının 30%, taxıl ixracının isə 14,9% azaldığı qeyd edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.