Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Conatan Elkind: “Azərbaycan zəngin bərpa olunan enerji resurslarına malikdir”

Baxış: 173


Conatan Elkind: “Azərbaycan zəngin bərpa olunan enerji resurslarına malikdir”
“Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində zəngin resursları var”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin baş elmi işçisi Conatan Elkind jurnalistlər üçün keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycanda xüsusilə günəş və külək enerjisinin inkişafı üçün çox böyük potensial var: “Azərbaycan, Gürcüstan və digər ölkələr arasında bərpa olunan enerji sahəsində əlaqələrin qurulması konkret ölkənin spesifik hava şəraitindən asılı olmayaraq, daimi və fasiləsiz enerji təchizatını təmin edəcək. Bu, Azərbaycan və bütün region üçün çox perspektivlidir və investorları da cəlb edə bilər”.
O, Azərbaycanın bərpa olunan enerjiyə keçidlə bağlı niyyətlərinin vacibliyini də qeyd edib: “Bu, digər məsələlərlə yanaşı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə apardığının göstəricisidir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.