Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı-Türkmənbaşı-Bakı xəttində gəmi daşımaları tariflərinə endirim edilib

Baxış: 220


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) martın 1-dən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə yük avtomaşınları (TİR) daşımaları tariflərinə endirim tətbiq edib.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bir standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün tarif 1 072 ABŞ dolları əvəzinə 1 000 ABŞ dolları həcmində müəyyənləşdirilib.
"Sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 1 716 ABŞ dolları deyil, 1 600 ABŞ dolları olacaq.
Təkərli texnikanın uzunluğu 16,5 metrdən çox və ya az olduğu halda, tariflər təkərli texnikanın uzunluğuna mütənasib qaydada hesablanacaq", - məlumatda deyilir.
ASCO qeyd edir ki, fevralın əvvəlindən sözügedən istiqamətdə minik avtomobilləri də endirimli tariflərlə daşınır. Hazırda minik avtomobilinin gəmi ilə daşınma qiyməti 325 ABŞ dolları deyil, 200 ABŞ dolları təşkil edir.
Bildirilir ki, tariflərin ucuzlaşması Türkmənistan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən əlverişli şəraitin yaradılmasına yönəlib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.