Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda 7 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Baxış: 279

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aprelin 5-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə keçirilən növbəti hərraca Abşeronda yerləşən “Qobu” gil yatağı (5 ha), “Güzdək” əhəngdaşı yatağı (5 ha), Ağdamda olan “Qarqarçay” qum-çınqıl yatağı (5 ha), Şəmkirdə “Alabaşlı” hematit yatağı (5,34 ha), Göygöldə “Qızılca” plagioporfir yatağı (3 ha), Qubada “Qorxmazoba” qum-çınqıl yatağı (25 ha), Ağcabədidə “Şahmalı” qum-çınqıl yatağı (2 ha) investorlara təklif olunacaq.

Bu barədə Sahibkartv.az Dövlət Xidmətindən bildirilib.
İddiaçılar hərraclarda iştirakla bağlı sənədləri 29 mart 2023-cü il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/33aw8P) və “Özəlləşdirmə portalı”nda (https://clck.ru/33awDf) tanış olmaq olar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.