Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan peyklərinin orbitə buraxılması sahəsində Aİ ilə əməkdaşlığı genişləndirmək istəyir

Baxış: 283


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kosmik Agentlik (Azərkosmos) Azərbaycan peyklərinin orbitə buraxılması sahəsində Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
“Sahibkartv.az”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, bunu “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşdə deyib.
Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular, o cümlədən kosmik texnologiyalar sahəsində Avropa ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
S.Əsədovun sözlərinə görə, Azərbaycanın peyklərinin orbitə buraxılmasında avropalı tərəfdaşların rolunu da vurğulayıb.
P.Mixalko Avropa İttifaqının Azərbaycanla əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edib.
Görüşdə Avropa Geostasionar Naviqasiya Xidmətinin (EGNOS) genişləndirilməsində Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin "Azəkosmos"la tərəfdaş olması yüksək qiymətləndirilib. Həmçinin oktyabrın 2-dən 6-dək Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinin hazırlıq prosesindən danışılıb. Tədbirin Azərbaycana kosmos sahəsində, xüsusilə avropalı tərəfdaşlarla əməkdaşlıq baxımından böyük imkanlar açacağı bildirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.