Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qida məhsullarının Azərbaycana idxalı zamanı tələb edilən sənədlərə dəyişiklik edilib

Baxış: 197
Azərbaycana qida məhsullarının idxalı zamanı artıq “Qida təhlükəsizliyi haqqında” Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən” sənədlər də tələb ediləcək.
“Sahibkartv.az” xəbər verir ki, bununla bağlı “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 4 mart tarixli sərəncamında dəyişiklik edilib.
Dəyişikliyə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış tələbi aradan qaldırılıb.
İndiyədək ancaq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış tələb edilirdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.