Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

S&P: "Qlobal özəl və vençur kapitalı bazarında əməliyyatların dəyəri 62 %-dək azalıb"

Baxış: 185


Bu ilin yanvar ayında özəl və vençur kapitalı ilə qlobal əməliyyatların həcmi və dəyəri azalıb.
“Sahibkartv.az” bu barədə “S&P Global Market Intelligence”ə istinadən xəbər verir.
Məlumata görə, yanvarda sövdələşmələrin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 41,56 milyard ABŞ dolları və ya 62,1 % azalaraq 25,32 milyard ABŞ dolları təşkil edib.
Sövdələşmələrin sayı isə 742 vahid və ya 44,6 % azalaraq 921-ə enib. Hesabat dövründə birbaşa və vençur investisiyaları kapitalı bazarında sövdələşmələrin həcminə və dəyərinə görə ilk pillədə Şimali Amerika (320 əməliyyat; 12,39 milyard ABŞ dolları) qərarlaşıb. Onu Asiya-Sakit okean (285 əməliyyat; 6,53 milyard ABŞ dolları), Avropa (269 əməliyyat; 5,22 milyard ABŞ dolları) regionu və digər ölkələr (47 əməliyyat; 1,19 milyard ABŞ dolları) izləyib.
Yanvarda aparılan əməliyyatların 30,4 %-i texnologiya, media və telekommunikasiya sektorunun, 24,5 %-i sənaye, 15,2 %-i səhiyyə sektorunun payına düşüb. Eyni dövrdə əmlak sektoru istisna olmaqla, bütün sektorlarda sövdələşmələrin dəyəri azalıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.